Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fəlsəfə İnstitutunun direktoru Rusiyada beynəlxalq simpoziumda çıxış edib
23.10.2019 12:25
  • A-
  • A
  • A+

Fəlsəfə İnstitutunun direktoru Rusiyada beynəlxalq simpoziumda çıxış edib

Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə Moskvada keçirilən “Refleksiv proseslər və idarəetmə” mövzusunda XII beynəlxalq fənlərarası elmi-praktik simpoziumda iştirak edib.

Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbirdə İ.Məmmədzadənin “Mədəniyyətin dərki və gələcək” mövzusunda məruzəsi dinlənilib. O, məruzəsində mədəniyyət sahəsində baş verən prosesləri yaxından izləməyin vacibliyini qeyd edib, bunun mədəniyyət tarixinin öyrənilməsi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini deyib: "Eyni zamanda, mədəniyyətə fəlsəfi baxış mütləqdir. Çünki mədəniyyət o qədər geniş anlayışdır ki, ona tarixi, fəlsəfi baxışla yanaşı, beynəlxalq aspektdə də diqqət yetirmək lazımdır”.

Moskva səfəri çərçivəsində azərbaycanlı alim REA-nın Fəlsəfə İnstitutunun direktoru, akademik Andrey Smirnovla da görüşüb. Görüş zamanı AMEA və REA-nın Fəlsəfə institutları arasında birgə elmi konfransların təşkili barədə razılığa gəlinib. İlk olaraq gələn il Xəzər dənizinə həsr olunmuş elmi konfransın keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: