Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.10.2019 12:35
  • A-
  • A
  • A+

“Clarivate Analytics” agentliyinin eksperti AMEA-nın Botanika İnstitutunda seminar keçib

“Clarivate Analytics” agentliyinin eksperti AMEA-nın Botanika İnstitutunda seminar keçib

AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi, “Biopolymers and Cell” jurnalının redaksiya heyətinin rəhbəri, “Clarivate Analytics (Thomson Reuters)” agentliyinin elmi informasiya resurları üzrə eksperti İrina Tixonkova AMEA-nın Botanika İnstitutunda olub.

İnstitutun direktoru, akademik Validə Əlizadə və AMEA-nın professoru Dilzarə Ağayevanın iştirakı ilə keçən görüşdə Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının fəaliyyətinin müasir tələblərə uyğun hazırlanması istiqamətində müzakirələr aparılıb.

Ekspert jurnalın daha oxunaqlı olması və səviyyəsinin yaxşılaşdırılmasına dair praktik tövsiyələrini verib.

Sonra Botanika İnstitutunda alim və gənc mütəxəssislərin iştirakı ilə seminar təşkil olunub. Seminarda İ.Tixonkova  “Web of Science” qlobal elmi bazasından effektiv istifadə qaydaları və bazanın əsas göstəriciləri ilə bağlı təqdimatla çıxış edib. Ekspert, həmçinin yırtıcı jurnallar və onlarla mübarizə üsulları, nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqatçı və elmi təşkilatın nailiyyətlərinin davamlı təqdimatı, tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri, müəllifin, rəyçinin və redaktorun hər bir mərhələdə rolu barədə danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: