Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biofizika İnstitutunda iranlı alimin elmi məruzəsi dinlənilib
21.10.2019 09:57
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda iranlı alimin elmi məruzəsi dinlənilib

AMEA-nın Biofizika İnstitutunda “CRISPR gen redaktə edilməsi və gələcək perspektivlər” mövzusunda elmi seminar keçirilib.

Seminarda İran İslam Respublikasının Zəncan Tibb Universitetinin doktoru Said Kabolinin mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzəçi CRISPR gen biotexnologiyasının insan həyatında rolu, genomun tarixi, çoxyönlülüyü və təbabətdə rolu barədə ətraflı məlumat verib.

Sonda o, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: