Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan alimləri beynəlxalq konfransda ölkəmizdəki seysmik monitorinq şəbəkəsinin fəaliyyətinə dair məruzə ediblər
17.10.2019 10:29
  • A-
  • A
  • A+

Azərbaycan alimləri beynəlxalq konfransda ölkəmizdəki seysmik monitorinq şəbəkəsinin fəaliyyətinə dair məruzə ediblər

Gürcüstanın Borjomi şəhərində “Qafqazda və Orta Asiyada seysmik şəbəkənin genişləndirilməsi – I mərhələ” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbir ABŞ-ın Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) və Ukrayna Elm-Texnologiya Mərkəzinin dəstəyi, Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin (NSCM) təşkilatçılığı ilə baş tutub.

Konfransda  ölkəmizi AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim QuliyevRespublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və mərkəzin Zəlzələlərin tədqiqatı bürosunun rəis müavini Ruqiyyə Kərimova təmsil ediblər.

Azərbaycan alimləri ölkəmizdəki seysmik monitorinq şəbəkəsinin fəaliyyəti və alınmış nəticələrə dair məruzələrini təqdim ediblər.

Konfrans oktyabrın 18-da başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: