Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəyli AMEA-nın Fəxri fərmanı ilə təltif olunub
16.10.2019 15:40
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli AMEA-nın Fəxri fərmanı ilə təltif olunub

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli 70 illik yubileyi və elm sahəsindəki xidmətlərinə görə, AMEA-nın Fəxri fərmanı ilə təltif edilib.

Mükafat Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən akademikə təqdim olunub. A.Əlizadə alimin Azərbaycan ədəbi düşüncəsinin, onun ayrı-ayrı görkəmli simalarının həyat və yaradıcılığının tədqiqinə, ictimai fikir tariximizin öyrənilməsinə, milli ideologiyanın elmi əsaslarının formalaşmasına, ümumən müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin inkişafına mühüm töhfələr verdiyini söyləyib. 

Sonra çıxış edən İ.Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə ölkə başçısına təşəkkürünü bildirib. Bundan əlavə, göstərilən diqqətə görə AMEA rəhbərliyinə minnətdarlığını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: