İyunun 18-də saat 10:00-da Qafqaz Point Hotelində AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Agilent Technologies və SEM-AZ şirkətinin birgə təşkilatçılığı ilə “Spektroskopiya və qaz xromatoqrafiyasi sahəsində son nailiyyətlər” mövzusunda elmi seminar keçiriləcək.
Məqsəd cihaz və avadanlıqlarla işləmək metodlarının istifadəçilər tərəfindən mənimsənilməsini təmin etmək, spektroskopiya və qaz xromatoqrafiyası sahəsində son nailiyyətləri seminar iştirakçıları ilə bölüşməkdir. Seminarda Agilent spektr qrupunun rəhbəri Ulve Noetzeyi, həmçinin Xromatoqrafiya qrupunun bölgə rəhbəri Nihat Öztürk iştirak edəcəklər.
Ünvan: Bakı şəhəri, K.Kazımzadə 118/560, Qafqaz Point Hotel.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.