Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Dağıstanlı alim Fizika İnstitutunda olub
11.10.2019 15:55
  • A-
  • A
  • A+

Dağıstanlı alim Fizika İnstitutunda olub

Rusiya Elmlər Akademiyasının Dağıstan filialının sabiq sədri, professor İbrahimxəlil Kamilov AMEA-nın Fizika İnstitutunda olub.

İnstitutun direktoru, akademik Nazim Məmmədov qonağa rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

İ.Kamilov Fizika İnstitutunda akademik Həsən Abdullayevin rəhbərliyi dövründə olduğunu söyləyib. O, akademik Həsən Abdullayev və Azərbaycanın digər aparıcı fizik alimləri haqqında fikirlərini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: