Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.10.2019 16:08
  • A-
  • A
  • A+

Tələbələr Mikrobiologiya İnstitutunda aparılan tədqiqatlarla tanış olublar

Tələbələr Mikrobiologiya İnstitutunda aparılan tədqiqatlarla tanış olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biotibbi texnologiyalar mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri AMEA-nın Mikrobiologiya İnstitutunda olublar.

İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov tələbələrə müəssisənin tarixi, beynəlxalq əlaqələri və mikrobiologiyanın müasir istiqamətlərinə dair aparılan elmi-tədqiqat işləri barədə məlumat verilib.

Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, həmçinin elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqinin həyata keçirilməsidir.

Sonra tələbələr institutun Mikrobioloji texnologiya laboratoriyasında aparılan elmi-tədqiqat işləri, eləcə də müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: