www.science.az
10.10.2019 15:37

Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

2018 və 2019-cu illər ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.

Polşalı yazıçı və şairə Olqa Tokarczuk “Sərhədlərin aşılmasını həyat forması kimi geniş fantaziya və ensiklopedik ehtirasla təsvir etdiyinə görə", avstriyalı yazıçı və ssenarist Peter Handke isə “İnsan təcrübəsinin bütün spektr və xüsusiyyətlərini linqvistik ustalıqla tədqiq etdiyinə görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüblər.

Belə ki, O.Tokarczuk 2018-ci il üzrə, P.Handke isə 2019-cu il üzrə bu mükafatın sahibi olublar.

Qeyd edək ki, ötən il İsveç Kral Elmlər Akademiyasında baş vermiş məlum qalmaqal səbəbindən ədəbiyyat üzrə Nobel mükafatının təqdimatı təxirə salınmışdı. 

nobelprize.org