Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimin məqaləsi top 20 siyahıya daxil olub
17.06.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi top 20 siyahıya daxil olub

AMEA Botanika İnstitutunun Bioadaptasiya laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professorİradə Hüseynovanın Acta-Bioenergetics (BBA) jurnalında 2012-ci ildə çap olunmuş “Photosynthetic characteristics and enzymatic antioxidant capacity of leaves from wheat cultivars exposed to drought” adlı məqaləsi 2012-2014-cü illərdə bu sahədə çap olunan elmi işlər arasından seçilən 20 ən yaxşı məqalə siyahısında 8-ci yeri tutub. Məqalə davamlı torpaq quraqlığına məruz qalan buğda genotiplərində ontogenezin bütün fazalarında antioksidant müdafiə sistemləri və fotosintez xüsusiyyətlərinın tədqiqinə həsr olunub. Publ.med portalında yer alan məqaləyə qısa müddət ərzində nüfüzlu beynəlxalq jurnallarda çoxlu istinadlar edilib.

Qeyd edək ki, 1947-ci ildən fəaliyyətə başlayan BBA jurnalı biokimya və biofizika sahəsində nəşr olunan ilk beynəlxalq jurnaldır. Jurnal 4,624 impakt faktorla Elseviernəşriyyatında çap olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: