Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Respublika Seysmoloji Xidmət Mərkəzində Bakının seysmik riskinin qiymətləndirilməsi müzakirə edilib
07.10.2019 09:31
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzində Bakının seysmik riskinin qiymətləndirilməsi müzakirə edilib

Almaniyanın “AS+P” şirkətinin nümayəndələri – Stefanie Vladka və Adem Tunca AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.

Görüşdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, baş mühəndis Rauf Muradov, Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli və mərkəzin digər əməkdaşları iştirak ediblər.

Əvvəlcə Qurban Yetirmişli qonaqları mərkəzdə aparılan seysmik riskin qiymətləndirilməsi və Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması işləri haqqında məlumatlandırıb.

AS+P şirkətinin nümayəndəsi Stefanie Vladka isə bildirib ki, Bakı şəhərinin Baş Planı hazırlanarkən buradakı seysmik risk və həssas ərazilər mütləq nəzərə alınmalıdır. Həmçinin, palçıq vulkanlarının yaşayış ərazilərinə təsiri ilə bağlı amillərin də nəzərdən keçirildiyi diqqətə çatdırılıb. Görüşdə əməkdaşlıq məsələlərinə dair də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Almaniyanın layihələndirmə şirkəti olan “AS+P” hazırda Bakı şəhərinin Baş planının hazırlanması işi ilə məşğul olduğuna görə, RSXM-də keçirilən görüşdə əsas müzakirələr paytaxt və Abşeron yarımadasında seysmik riskin qiymətləndirilməsi ilə bağlı olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: