Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin monoqrafiyası Türkiyədə nəşr edilib
04.10.2019 14:51
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin monoqrafiyası Türkiyədə nəşr edilib

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlının “Azərbaycan, Ermənistan və Türkiyə: gerçək tarix axtarışı (1920-1994)” kitabı Türkiyə Respublikasının Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Atatürk Araşdırma Mərkəzi tərəfindən nəşr edilib.

Kitab Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Gürcüstan və digər ölkələrin ən mötəbər arxiv materialları əsasında hazırlanıb. Əsərdə Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Qars konfranslarında ərazi məsələlərinin, Lozan konfransında “erməni məsələsi”nin həlli, keçmiş sovet rəhbərliyinin erməniləri xarici ölkələrdən gətirərək Azərbaycana yerləşdirməsi, süni surətdə Dağlıq Qarabağ muxtar vilayətini yaratması, İrəvanda Türkiyə nümayəndəliyinə hücum kimi məsələlər yer alıb.

Monoqrafiyada erməni diasporu və Ermənistan SSR rəhbərliyinin əsassız iddiaları və antitürk fəaliyyətləri, uydurma “erməni soyqırımı” məsələsinin gündəliyə gətirilməsi, 70-80-ci illərdə erməni terror təşkilatlarının törətdikləri terror aktları, Azərbaycan torpaqlarını ələ keçirtmək cəhdləri, Ermənistanın hərbi təcavüzünün başlanılması, gedişi və nəticələri də araşdırılıb.

Kitabı Türkiyə türkcəsinə hüquq üzrə fəlsəfə doktoru Əli Əsgər və filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlanə Qasımlı çeviriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı hesabına yazılmış bu əsər əvvəllər Bakıda və Moskvada Rusiya Mədəniyyət Fondunun nəşriyyatında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: