Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
13.06.2014 00:00
  • A-
  • A
  • A+

15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

AMEA Fəlsəfə və Hüquq İnstitutunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professorİlham Məmmədzadə 1993-cü ildə Azərbaycanın dərin siyasi böhranla üzləşdiyini, həmin ilin iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında dirçəliş müşahidə olunduğunu bildirib. O, Azərbaycanın hüquqi dövlət kimi formalaşmasında ümummili liderin rolundan, xalqın rifahı naminə xidmətlərdən danışıb.

İnstitutun Cinayət hüququ və cinayət prosesi şöbəsinin baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, prof. Mirağa Cəfərquliyev bu gün Azərbaycanda ümummili liderin həyat və fəaliyyətini əks etdirən siyasi, hüquqi, fəlsəfi ədəbiyyatlarla müqayisədə, bədii ədəbiyyatların azlıq təşkil etdiyini vurğulayıb.

Sosiologiya və sosial fəlsəfə şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova H.Əliyevin 1993-cü ildə parçalanmaq təhlükəsi altında olan Azərbaycanı xilas etmək üçün əlindən gələni etdiyini, ölkədə birlik, əmin-amanlıq yaratdığını bildirib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru, prof. Bəhram Zahidov, ümumi işlər üzrə direktor müavini Qabil Camalov Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm məqamlarına toxunublar. Şöbə müdirləri, professorlar Habil Qurbanov və İsaxan Vəliyev siyasi xadimin qəbul etdiyi hüquqi-normativ aktların ölkənin siyasi, sosial-iqtisadi həyatına təsirindən söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: