Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim beynəlxalq konqresdə malyariya vaksini ilə bağlı apardığı tədqiqatlardan bəhs edib
03.10.2019 10:08
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq konqresdə malyariya vaksini ilə bağlı apardığı tədqiqatlardan bəhs edib

Türkiyənin Trabzon şəhərində Avrasiya Molekulyar Biotexnologiya Konqresi (ECOMB 2019) keçirilib.

Biotexnoloqlar, mikrobioloqlar və əczaçıların qatıldığı tədbir "Müasir tədqiqatlar və həyat elmində innovasiya" mövzusuna həsr olunub. Konqresdə ölkəmizi Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov təmsil edib.

3 gün davam edən konqresdə azərbaycanlı alim bitki yarpaqlarından sintez olunmuş malyariya vaksini ilə bağlı apardığı tədqiqatların nəticələrini açıqlayıb. O, vaksinin milyonlarla insanın həyatını xilas edə bilən potensiala malik olduğunu və elmi araşdırmalarının nüfuzlu "Scietific Reports" jurnalında çap edildiyini bildirib.

T.Məmmədovun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. O, mövzu ətrafında çoxsaylı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: