Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.10.2019 16:51
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər beynəlxalq qurultayda məruzələrlə çıxış ediblər

Azərbaycanlı alimlər beynəlxalq qurultayda məruzələrlə çıxış ediblər

Türkiyənin paytaxtı Ankara şəhə­rində Beynəlxalq Ku­tadqu Bilik Qurultayı keçirilib.

Türk Dil Qurumunun təşkilatçılığı ilə baş tutan tədbir Yusif Xas Hacibin “Ku­tad­qu bilik” poemasının yazılmasının 950 illiyinə həsr edilib.

15 ölkədən 102 nü­mayəndənin qatıldığı qurultayda AMEA-nın vitse-prezidenti, aka­de­mik İsa Həbib­bəyli, Nə­simi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və digər azərbaycanlı alimlər iştirak ediblər.

Tədbirdə İ.Həbibbəyli “Yusif Balasa­qun­lu: Türk şeirinin Nizamisi”, M.Nağısoylu “Kutadqu bilik” və Nizaminin məsnəvilərində hökmdar ədalət simvolu kimi”, professor İsmayıl Ka­zımov “Kutadqu bilik”də tenqri-tanrı konsepti”, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli “Kutadqu bilik”də “tanrı” və “peyğəmbər” anlamlı sözlər”, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov “Kutadqu bilik”lə bağlı araş­dır­ma­la­rın tarixi və bu araşdırmaların Azərbaycandakı durumu”, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva “Ku­tadqu bilik”də siyasi hüquq və siyasi-hüquq dili” və filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudova “Kutadqu bilik”dən Füzulinin türkcə divanına qədər rəng bildirən sözlərin araşdırılması” mövzusunda məruzələrlə çıxış ediblər.

Xatırladaq ki, UNESKO-nun 2019-cu ili Yusif Balasaqunlunun “Kutadqu bilik” əsərinin yazılmasının 950-ci ildönümü elan etməsi ilə bağlı keçirilən Beynəlxalq Kutadqu Bilik Qurultayında dil, ədəbiyyat, tarix, mədəniyyət və digər mövzularda ümumilikdə 133 məruzə dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: