Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimin məqaləsi top 20 siyahısında I yeri tutub
15.09.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi top 20 siyahısında I yeri tutub

AMEA Botanika İnstitutunun Bioadaptasiya laboratoriyasının müdiri, akademik İradə Hüseynovanın “Biochimica et Biophysica Acta-Bioenergetics” (BBA) jurnalında 2012-ci ildə çap olunmuş “Photosynthetic characteristics and enzymatic antioxidant capacity of leaves from wheat cultivars exposed to drought” adlı məqaləsi 2012-2014-cü illərdə çap olunmuş ən yaxşı 20 məqalə siyahısında 1-ci yerə layiq görülüb.

Məqalə davamlı torpaq quraqlığına məruz qalan buğda genotiplərinin ontogenez zamanı antioksidant müdafiə sistemləri və fotosintez xüsusiyyətlərinın tədqiqinə həsr edilib. Tədqiqat işində elm üçün yeni nəticələr əldə olunub.

1947-ci ildən fəaliyyətə başlayan BBA jurnalı biokimya və biofizika sahəsində nəşr olunan ilk beynəlxalq jurnaldır. Bu jurnal Elsevier nəşriyyatında çap olunur və 4,624 impakt faktora malikdir.

Qeyd edək ki, Publ.med portalına düşən bu məqaləyə qısa bir müddət ərzində nüfüzlu beynəlxalq jurnallarda çox sayda istinadlar edilib və o dəfələrlə top siyahılara daxil olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: