www.science.az
30.09.2019 10:53

Astronomlar nəhəng planet aşkar ediblər

Astronomlar tərəfindən planetlərin yaranması nəzəriyyəsinə uyğun olmayan qeyri-adi nəhəng planet aşkar edilib. Yerdən 30 işıq ili məsafədə yerləşən yeni planet Yupiterə bənzəyir və kiçik "qırmızı cırtdan" ətrafında fırlanır.

www.bbc.com saytı yazır ki, bu planetin ölçüsü ətrafında fırlandığı ulduzuna nisbətdə daha böyükdür. Əvvəllər isə yalnız kiçik planetlərin "qırmızı cırtdanlar"ın ətrafında fırlana biləcəyi güman edilirdi.

Günəş kütləsi Yupiterin kütləsindən 1050 qat daha böyükdürsə, GJ 3512b adlandırılan bu planet GJ 3512 adlı öz cırtdan ulduzundan 270 dəfə böyükdür.