Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.09.2019 09:51
  • A-
  • A
  • A+

“Torpaqların ekologiyası, meliorasiyası və energetikası” mövzusunda elmi sessiya keçirilib

“Torpaqların ekologiyası, meliorasiyası və energetikası” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Torpaqların ekologiyası, meliorasiyası və energetikası” mövzusunda elmi sessiya keçirilib.

Tədbir görkəmli torpaqşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Vladimir Volobuyevin 110 illik yubileyinə həsr olunub.

Sessiyada institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin “Dünya elmində yeri olan görkəmli alim akademik V.R.Volobuyev” və t.ü.f.d. Yaşar Qəhrəmanovun “Kür-Araz düzənliyində torpaq və su ehtiyatlarından istifadə vəziyyətinin araşdırılması” mövzusunda məruzəsi dinlənilib.

Sonra a.e.ü.e.d. Vilayət Həsənov, a.e.ü.f.d. Əminə Axundova, t.e.ü.f.d. Fərzəli Həsənov, AR Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq layihələr üzrə baş meneceri Arzuman Məmmədov və digərləri çıxış edərək bu gün akademik V.Volobuyevin ideyalarının inkişaf etdirildiyini, şorlaşmış torpaqların tədqiqi, təmizlənməsi və ekoloji tarazlığının bərpası sahəsində tədqiqat işlərinin aparıldığını söyləyiblər.

Sonda alimin yubileyinə həsr olunan “V.R.Volobuyev məktəbinin töhfələri” adlı kitab tədbir iştirakçılarına təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: