Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.09.2019 09:25
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin ölkədə hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev - əbədiyyətə gedən yol” mövzusunda kitab sərgisi ilə tanış olublar.

Tədbirdə Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə ölkəmizin taleyində yeni mərhələnin başlandığını və inkişaf yoluna qədəm qoyduğunu söyləyiblər.

Konfransda Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadənin “Heydər Əliyev və Azərbaycan təhsili”, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayevanın “Heydər Əliyev və Azərbaycan dili”, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovanın “Heydər Əliyevin gənc alimlərə qayğısı”, gənc mütəxəssis Hikmət Rzazadənin “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzularında məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: