Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Strateji Elmi Tədqiqatlar Mərkəzi rəhbərinin yeni müavini kollektivə təqdim olunub
27.09.2019 16:56
  • A-
  • A
  • A+

Strateji Elmi Tədqiqatlar Mərkəzi rəhbərinin yeni müavini kollektivə təqdim olunub

AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin təqdimatına əsasən, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamı ilə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev SETM rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Bu gün AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) təşkil olunan geniştərkibli iclasda s.e.d. Fətəli Abdullayev Ə.Paşayevi kollektivə təqdim edib. O, rəhbərlik etdiyi mərkəzdə işlərin daha səmərəli və mütəşəkkil qaydada təşkili, eyni zamanda koordinasiyanın təmin edilməsi məqsədilə AMEA prezidentinin müvafiq sərəncamı ilə Ə.Paşayevin SETM-in rəhbər müavini təyin olunduğunu bildirib, alimə fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra mövcud və perspektiv elmi tədqiqat işləri barədə məlumat verən F.Abdullayev hazırda SETM və YT Park tərəfindən müvafiq dövlət qurumları ilə birgə layihələrin həyata keçirildiyini söyləyib.  

Sonda YT Parkın rezident müəssisələrinin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İclasda  YT Parkın direktoru, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov, parkın rezidentlərinin səlahiyyətli nümayəndələri və məsul şəxslər iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: