www.science.az
27.09.2019 15:48

Azərbaycanlı alimlərin məqaləsi impakt faktorlu jurnalda dərc edilib

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) bir qrup aliminin (akad. Vaqif Fərzəliyev, prof. Sabir Məmmədov, dos. Əfsun Sucayev və s.) beynəlxalq müştərək tədqiqat çərçivəsində türk həmkarları ilə birlikdə növbəti məqaləsi işıq üzü görüb.

“Pirazin və piridazinlərinə əsaslanan yeni tribenzylaminobenzolsulfoniliminlərin sintezi, xassələri antidiyabetik, antikanser, antikolinerjik və molekulyar tədqiqatları” adlı məqalə “Elsevier” nəşriyyatının impakt faktorlu “Bio-organic Chemistry” jurnalında dərc edilib.

Məqalədə AKİ-də ilk dəfə sintez olunan dərman maddələrinin müxtəlif patoloji proseslərə qarşı inhibitor təsirləri haqqında müfəssəl tədqiqatların nəticələri öz əksini tapıb.

Qeyd edək ki, sözügedən jurnal “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir