www.science.az
27.09.2019 10:06

RSXM-nin baş direktoru türkiyəli həmkarı ilə görüş keçirib

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli VI Beynəlxalq Zəlzələ Simpoziumu çərçivəsində "Azərbaycan ərazisindəki seysmik vəziyyətə dair" adlı məruzə ilə çıxış edib.

O, məruzəsində hazırda ölkədə olan seysmik vəziyyət, aparılan kompleks seysmoloji tədqiqatlar və alınan nəticələr haqqında danışıb.

RSXM-nin baş direktoru səfər çərçivəsində Kocaeli Universitetinin Mühəndislik fakültəsinin Geofizika mühəndisliyi bölməsinin rəhbəri, professor Cengiz Kurtuluşla da görüşüb, seysmoloji tədqiqatlara dair birgə layihələrin həyata keçirilməsi məsələsini müzakirə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.