Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli beynəlxalq simpoziumda iştirak edib
26.09.2019 15:28
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qurban Yetirmişli beynəlxalq simpoziumda iştirak edib

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Türkiyədə VI Beynəlxalq Zəlzələ Simpoziumunda iştirak edib.

Simpoziumda 20 il öncə Türkiyənin Kocaeli və Düzce şəhərlərində baş verən zəlzələr, bölgənin seysmik vəziyyəti, baş verən təkanlardan sonra ərazidə aparılan müşahidələr və digər məsələlər müzakirə olunub.

Müzakirələrdə seysmoloqlar, memar və mühəndislər, səhiyyə, hüquq və ictimai sahələrin mütəxəssisləri, həmçinin yardım agentliklərinin nümayəndələri fəal iştirak ediblər.

VI Beynəlxalq Zəlzələ Simpoziumu işini sentyabrın 27-də yekunlaşdıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: