Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Elmin İnkişafı Fondunun icraçı direktoru kollektivə təqdim edilib
24.09.2019 10:50
  • A-
  • A
  • A+

Elmin İnkişafı Fondunun icraçı direktoru kollektivə təqdim edilib

Ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin olunan Mehriban İmanova qurumun kollektivinə təqdim edilib.

Təqdimetmə mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva və Bakı Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev iştirak ediblər.

F.Əliyeva Prezident İlham Əliyevin elmə daim xüsusi önəm verdiyini diqqətə çatdırıb, fondun yaranma tarixindən, ölkəmizdə elmin inkişafına verdiyi töhfələrdən söz açıb, tövsiyələrini verib.

E.Babayev isə öz növbəsində fondun beynəlxalq aləmdə nailiyyətlərinə toxunub, yeni icraçı direktora uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: