Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Aşıq Qurbani” dastanının İstanbul variantı aşkarlanıb
24.09.2019 09:31
  • A-
  • A
  • A+

“Aşıq Qurbani” dastanının İstanbul variantı aşkarlanıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Aşıq Qurbani” dastanının 1880-ci ildə İstanbulda nəşr olunan 40 səhifədən ibarət nüsxəsini əldə edib.

Dastanın Azərbaycanda yayılmış və çap edilmiş variantında Araz kənarında yaşayan Hüseynalı xanın yoxsul qardaşının oğlu Qurbani Gəncə xanı Ziyad xanın qızı Pəri xanıma vurulur, çətinliklərdən sonra ona qovuşur. Əsərin İstanbul variantında isə Əcəm diyarında yaşayan Qurbani Qarabağ hökmdarı İzzət xanın bacısı Pərüzat xanıma aşiq olur və bir sıra macəralardan sonra onunla evlənir.

Bir sıra şeir parçaları dastanın hər iki variantında da təkrar olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: