Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Saatlı folklor örnəkləri” kitabı işıq üzü görüb
15.09.2014 00:00
  • A-
  • A
  • A+

“Saatlı folklor örnəkləri” kitabı işıq üzü görüb

Folklor İnstitutu tərəfindən “Saatlı folklor örnəkləri” (I cild) kitabı işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabda bölgədən toplanmış 100-ə qədər nağıl və 54 lətifə yer alıb.

Ailəvi nağılçılıq ənənəsinə dair maraqlı faktların öz əksini tapdığı kitabda Seyid Xədicə Ağayeva, Şəfiqə Ağayeva və Şərqiyyə Cəfərova kimi nağıl söyləyicilərinin repertuarından örnəklərə rast gəlmək olar.

Bölgədən 10-a qədər yeni nağıl süjeti aşkar edilib, “Malik Əjdər”, “Əbəlfəz aşiqi”, “Comərd qəssab”, “Şah qızının arzusu” kimi az toplanmış bir çox süjetlərin yeni variantları yazıya alınıb. Kitab sosial-iqtisadi dəyişikliklərlə əlaqədar nağıllarda gedən prosesləri, söyləyiciliyin müasir durmunu izləmək, həmçinin bölgə folklorunu öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Kitabın hazırlanmasında Folklor İnstitutunun arxivində saxlanan, həmçinin 2012-2013-cü illərdə rayona təşkil edilən ezamiyyələr zamanı toplanan materiallardan istifadə olunub. Materialları toplayanlar institutun əməkdaşları İlkin Rüstəmzadə, Qədim Qubadov, Elsevər Muradov, tərtibçisi və ön sözün müəllifi isə fil.ü.f.d. İlkin Rüstəmzadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: