www.science.az
23.09.2019 10:46

“AzScienceNet” şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 18-ə çatıb

GEANT Assosiasiyasının “EaPConnect” layihəsi çərçivəsində respublikanın 18 təhsil müəssisəsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsinə qoşulub və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə edib.

Belə ki, ötən müddət ərzində Təhsil Nazirliyinin “AzEduNet” şəbəkəsinin “AzScienceNet” şəbəkəsinə inteqrasiyası istiqamətində işlər genişləndirilib, təklif olunan 1 Gbit/san internet trafik 700 Mbit/san sürətlə “AzEduNet” şəbəkəsinə təqdim olunub.

Bundan əlavə, “EaPConnect” layihəsi çərçivəsində yeni telekommunikasiya avadanlığının alınması üçün tender sənədləri hazırlanıb.

Qeyd edək ki, GEANT (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) 38 ölkəni əhatə edir və qurumun Avropa üzrə 50 mindən çox istifadəçisi var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.