Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Şərqşünaslıq İnstitutunda treninq keçirilib
13.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Şərqşünaslıq İnstitutunda treninq keçirilib

AMEA Şərqşünaslıq İnstitutunda Türkiyənin Biləcik Şeyx Edebali Universitetinin müəllimləri - doktor Mustafa Serinve dosent Vedat Turğut “Osmanlı arxiv sənədlərinin araşdırılma metodologiyası” mövzusunda treninq aparıblar. Kurslar institutun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Şahin Mustafayevin rəhbərliyi ilə keçirilib.

Treninq çərçivəsində institutun gənc əməkdaşları XVI-XIX əsrlərə aid Osmanlı arxiv sənədlərinin növləri, təsnifatı, onların yazılma xəttlərinin çeşidləri və oxunma qaydaları ilə əlaqədar öz biliklərini artıraraq tarixi qaynaqların xüsusiyyətləri ilə tanış olub, onların sirlərinə yiyələniblər.

Kursun sonunda iştirakçılara sertifikat təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: