www.science.az
18.09.2019 11:35

Dilçilik İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər institutun Terminologiya, Tətbiqi dilçilik, Hind-Avropa dilləri, Sosiolinqvistika və psixolinqvistika, Qədim dillər və mədəniyyətlər və Kompüter dilçiliyi şöbələrinə müdir, Tətbiqi dilçilik şöbəsinə aparıcı elmi işçi, Müasir Azərbaycan dili şöbəsinə isə böyük elmi işçi və elmi işçi vəzifələrinə 1 yerdir.

Müsabiqədə filologiya üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: AZ1143, Bakı ş., H.Cavid pr., 115, V mərtəbə

Telefon: (+994 12) 537 20 88

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.