www.science.az
13.06.2014 00:00

AMEA Fizika İnstitutunun əməkdaşları İtaliyada ezamiyyətdə olublar

AMEA Fizika İnstitutunun Bio nanostrukturlar laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoruSevda Abdullayeva, aparıcı elmi işçilər Rasim Cabbarov və Nahidə Musayevaİtaliyanın Parma şəhərində ezamiyyətdə olublar.

Məqsəd 2011-ci ildə tərəflər arasında imzalanmış Birgə Elmi Əməkdaşlıq müqaviləsi çərçivəsində hər iki tərəfin apardığı tədqiqatların nəticələri və gələcək planlar haqqında müzakirələrin aparılması idi.

Beş günlük ezamiyyət 2014-2015-ci illər üçün elan olunmuş və müsabiqədə qalib gəlmiş “Silisium platformu ilə inteqrasiya üçün germanium əsaslı sensorlar və infraqırmızı işıq diodları” ikitərəfli əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunub. Səfər müddətində Dr. Ferrari Claudio (Rentgen diffraksiyası üzrə mütəxəssis, layihənin İtaliya tərəfdən rəhbəri), Dr. Attolini Giovanni (Epitaksial təbəqələrin yetişdirilməsi üzrə ixtisasçı), Dr. Bosi Matteo (Epitaksial təbəqələrin yetişdirilməsi və AFM (Atom Qüvvət Mikroskopu) üzrə ixtisasçı) və digər alimlərlə görüşlər keçirilib.

Qeyd edək ki, növbəti görüşün bu ilin noyabr ayında AMEA Fizika İnstitutunda keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.