Rusiya Elmlər Akademiyasının (REA) Ural bölməsinin Bitki və Heyvanların Ekologiyası İnstitutunun baş elmi işçisi, REA-nın müxbir üzvü Vladimir Boqdanov AMEA-nın Zoologiya İnstitutunda olub.
O, institutda təşkil edilmiş elmi seminarda “Bitki və Heyvanların Ekologiyası İnstitutunun Arktikada elmi tədqiqatları” mövzusunda məruzə ilə çıxış edib. Rusiyalı alim apardığı təqdiqatlar, Arktikanın Yamalo-Nenets Muxtar dairəsinin biomüxtəlifliyi, ərazinin ekoloji şəraiti, təbii və antropogen amillərin fauna və floraya göstərdiyi təsirlər haqqında danışıb, əldə olunan nəticələr barədə məlumat verib.
Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.