Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutu “Azərkosmos” ASC-nin keçirdiyi müsabiqənin qalibi olub
17.09.2019 15:27
  • A-
  • A
  • A+

Botanika İnstitutu “Azərkosmos” ASC-nin keçirdiyi müsabiqənin qalibi olub

AMEA-nın Botanika İnstitutu “Azərkosmos” ASC tərəfindən cari ildə elan edilmiş “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” müsabiqəsinin ikinci mərhələsinin qalibi olub.

Müsabiqənin məqsədi “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir.

Müsabiqəyə təqdim olunan “Böyük Qafqazın cənub-şərq hissəsinin meşə ekosistemlərinin öyrənilməsi” layihəsinə əsasən, Botanika İnstitutunda Böyük Qafqazda (Quba rayonu) meşə ekosistemlərinin flora və bitkiliyinin müasir vəziyyəti müxtəlif antropogen amillərin və iqlim dəyişkənliyinin təsiri altında tədqiq ediləcək.

“Azərkosmos” ASC-nin rəhbərliyi müsabiqədən uğurla keçmiş 10 layihənin iştirakçısı ilə görüşüb.

Görüşdə qalib layihələrin təqdimatı və müsabiqənin tələblərinə uyğun olaraq əvvəlcədən qeyd olunmuş ərazinin “Azersky” peyki vasitəsi ilə çəkilmiş təsvirləri təmin edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: