Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.09.2019 14:24
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutu Avrasiya Patent Təşkilatı tərəfindən təltif olunub

İdarəetmə Sistemləri İnstitutu Avrasiya Patent Təşkilatı tərəfindən təltif olunub

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya ixtiraçılıq sahəsində mükafatların qaliblərinin təltifolunma mərasimi keçirilib.

Mükafatlandırma Avrasiya Patent Konvensiyasının imzalanmasının 25 illiyinə həsr edilmiş təntənəli mərasimdə reallaşıb.

Mükafatların qalibləri əsasən Avrasiya patentləşdirmə prosedurundan ən fəal istifadə etmiş və ölkələrinin innovativ, iqtisadi və sosial inkişafına mühüm töhfələr vermiş Avrasiya Patent Konvensiyasının üzvü olan dövlətlərdir.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun ixtiraçı kollektivi (akad. Telman Əliyev, tex.ü.f.d. Asif Rzayev, Qəmbər Quluyev, Elşən Rzayev, Nərmin Rzayeva) "İnsan həyatı və sağlamlığının qorunması sahəsində ixtiraya görə" kateqoriyası üzrə qalib olub. Belə ki, azərbaycanlı alimlər “Ürək-damar sistemlərində aortal klapanın stenozunu diaqnoz etmək üçün üsul” ixtirasına görə bu mükafata layiq görülüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: