Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA prezidenti, akademik Akif Əlizadə Bilik Fondunda olub
15.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti, akademik Akif Əlizadə Bilik Fondunda olub

AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları ilə görüşüb. Qonaqları salamlayan K.Abdulla Prezident İlham Əliyevin tapşırığı ilə hazırda “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici aksiyadan danışıb. Bildirib ki, bu böyük aksiyanın davamı olaraq Bilik Fondunun “İlboyu bilik” layihəsi Azərbaycanın bütün bölgələrində həyata keçiriləcək. K.Abdullayev layihənin gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Sonra icraçı direktor O.Səmədov və əməkdaşlar Bilik Fondunun bir neçə istiqamətdə başladığı “Qardaşlaşmış məktəblər”, “Dini abidələrdə tarixin izləri”, “Ustad və şəyird”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda”, “Fondun xarici nümayəndəliklərinin yaradılması”, “Epizod”, “Auditoriya ”, “Yaradıcılıq fakültəsi” layihələrdən danışıb.

Bilik Fondunun fəaliyyətini yüksək qiymətləndirən akademik A.Əlizadə Azərbaycanda belə bir fondun yaradılmasının zəruri olduğunu vurğulayıb. Onun həm də ölkələr arasında mədəni və elmi əlaqələrin inkişafında yüksək xidməti olacağına əminliyini bildirib: “Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin və tarixinin beynəlxalq miqyasda daha da dərindən tanıdılması və təbliği istiqamətində fondun qarşısında mühüm vəzifələr durur. Təklif edirəm ki, Bilik Fondunun layihələrinə, müxtəlif proqramlarının icrasında gənc alimlər də cəlb olunsunlar, onlar da fəal iştirak etsinlər”.

Görüşdə iştirak edən AMEA İşlər İdarəsinin müdiri,siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev də Bilik Fonduna bu məsuliyyətli işdə uğurlar diləyib.

Qeyd edək ki, Bilik Fondu sentyabrın 8-dən “İlboyu bilik” layihəsinə start verib. Layihə çərçivəsində respublikanın bütün şəhər və rayonlarında yerli ziyalıların da iştirakı ilə “İlk dərs” proqramları həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: