Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bizim qonşu “səmavi oazisimiz”
17.09.2019 09:48
  • A-
  • A
  • A+

Bizim qonşu “səmavi oazisimiz”

Alimlər Günəş sistemindən kənar qalaktikaları araşdırarkən 111 işıq ili uzaqlıqda yerləşən “super Yer kürəsi” kəşf ediblər. London Universitet Kollecinin professoru Covanna Tinetti K2-18b adlandırılan bu yeni kəşfi “heyrətamiz" olaraq xarakterizə edib.

www.discovery.com saytı xəbər verir ki, K2-18b adlı ekzotik planet ilk dəfə 2015-ci ildə NASA-nın Kepler kosmik teleskopu vasitəsilə kəşf edilib. O, Yer kürəsindən 8 dəfə böyükdür və ölçüsünə görə Yerlə Neptun arasında sıralanan superyer kateqoriyasına aid edilir. 

Tədqiqatçılar qeyd edir ki, K2-18b-nin atmosferi 0,01% -dən 50% -ə qədər su buxarından ibarətdir. Bu diapazon ekzoplanetin təsvirini çətinləşdirir. Belə ki, o, həm tamamilə su altında qala bilər, həm də gölləri, okeanları və geniş ərazini əhatə edə bilər.

K2-18b Günəş sistemi xaricində maye şəklində suyun və yaşayış üçün uyğun temperaturun olduğu yeganə məlum planetdir.

  • Paylaş: