Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan və Çin Böyük İpək Yolunda” mövzusunda dəyirmi masa keçiriləcək
16.09.2019 09:41
  • A-
  • A
  • A+

“Azərbaycan və Çin Böyük İpək Yolunda” mövzusunda dəyirmi masa keçiriləcək

12-16 oktyabr 2019-cu il tarixlərində AMEA-nın Tarix İnstitutunda “Azərbaycan və Çin Böyük İpək Yolunda” mövzusunda dəyirmi masa keçiriləcək.

Tədbirdə Tarix İnstitutu ilə Çin İctimai Elmlər Akademiyasının Dünya Tarixi İnstitutu arasında Azərbaycan-Çin əlaqələri tarixini araşdıran iki mərkəzin yaradılması barədə müqavilənin imzalanması nəzərdə tutulub. Mərkəzlərdən biri Bakıda Tarix İnstitutunun nəzdində, digəri isə Pekində Dünya Tarixi İnstitutunun nəzdində fəaliyyət göstərəcək. Müqaviləyə əsasən, bu mərkəzlərdə iki ölkə arasındakı qarşılıqlı əlaqələrin tarixi qədimdən müasir dövrədək araşdırılacaq. Çinli alimlərin əsərləri Azərbaycanda, azərbaycanlı alimlərin əsərləri isə Çində nəşr olunacaq.

Hazırda Tarix İnstitutunda “Azərbaycan-Çin əlaqələri tarixindən” kitabı nəşrə hazırlanır. Kitabın müəllifləri tarixçi alimlər Nərgiz Axundova və Xou Aytszyun, elmi redaktoru isə akademik Yaqub Mahmudovdur.

Ünvan: Bakı şəhəri, H.Cavid pr., 115

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: