Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Coğrafiya İnstitutunda Mülki Müdafiə qüvvələri üçün tədris-metodiki məşğələ keçirilib
13.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Coğrafiya İnstitutunda Mülki Müdafiə qüvvələri üçün tədris-metodiki məşğələ keçirilib

AMEA Coğrafiya İnstitutunda Mülki Müdafiə (MM) qüvvələri üçün tədris-metodiki məşğələ keçirilib.

Seminar-məşğələdə Mülki Müdafiə rəhbəri, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov, Fövqəladə Hallar Komissiyasının (FHK) sədri - elmi işlər üzrə direktor müavini, c.e.d. Elbrus Əlizadə, elmi katib Luiza Salayeva, institutun FHK-nın və MM qərargahının üzvləri, hərbiləşdirilməmiş MM dəstələrinin (manqaların) komandir-rəis və şəxsi heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan R.Məmmədov gündəlikdə duran məsələlər barədə məlumat verib. O, AR “Mülki Müdafiə haqqında” qanunun tətbiq edilməsi barədə ölkə Prezidentinin 18 aprel 1998-ci il tarixli fərmanı, AR Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli “Mülki Müdafiənin təmin edilməsi barədə” qərarı və AMEA-nın II Xüsusi şöbəsinin tələblərinə uyğun olaraq institutda Mülkü Müdafiə tədbirlərinin yerinə yetirilməsi barədə məruzə ilə çıxış edib. R.Məmmədov MM dəstələrinin tədris-metodiki vasitələrlə təminatı məsələsinə tibb çantaları, xüsusi ləvazimatlarının alınmasını vacibliyini vurğulayıb. Qeyd edib ki, AMEA-nın Coğrafiya və Geologiya İnstitutu ilə birgə “Azərbaycanın fövqəladə hallar xəritəsi”nin hazırlanması təklifinə baxılıb və hazırlanmış layihə Fövqəladə Hallar Nazirliyi və Nazirlər Kabinetində müzakirə olunur.

MM qərargahının rəisi Namazəli Mustafayev təşkil olunan MM qüvvələrinin (manqaların) fəaliyyəti, fövqəladə hallar zamanı manqaların funksional vəzifələri haqqında məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: