AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun multidissiplinar əlyazmalar haqqında Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi “Azərbaycan multidissiplinar əlyazması: xəzinədən incilər” kitabının ingiliscəsi (“Multidisciplinary manuscripts of Azerbaijan: Masterpieces of the treasury”, Baku-2017) ABŞ-ın Konqres Kitabxanasının fonduna daxil edilib.
Qeyd edək ki, Əlyazmalar İnstitutunda saxlanılan 150-yə yaxın multidissiplinar əlyazmanın paleoqrafik təsvirindən ibarət olan kitabın ideya müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. Toplunun elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, layihənin rəhbəri Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.
Kitabı ingilis dilinə institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova tərcümə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.