Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
12.09.2019 09:22
  • A-
  • A
  • A+

“İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, noyabrın 14-dən 17-dək “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Beynəlxalq konfransın təşkilatçıları AMEA-nın TarixŞərqşünaslıq və Elm Tarixi institutlarıdır.

Məruzələrin tərtibinə dair tələblər:

- Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalı, şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır;

- Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd edilməlidir;

- Məruzələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və məqalələrin həcmi 10 səhifədən artıq olmamalıdır.

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar oktyabrın 30-dək məruzələrinin tam mətnlərini ameatarixinstitutu@gmail.com elektron ünvanına göndərə bilərlər.

Tədbirə ölkə xaricindən qatılan mütəxəssislərin bütün xərcləri öz hesablarınadır.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar:

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti 115, AMEA-nın əsas binası, 6-cı mərtəbə, Tarix İnstitutu.

Tel.: (+994 12) 539 36 15, (+994 50) 327 41 64.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: