AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti “Millers Oils Azerbaijan” MMC-nin məhsullarının satışının təşkilinə dəstək məqsədilə iclas keçirilib.
İclasda YT Parkın direktor müavini, h.ü.f.d Məmməd Bağırzadə, Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin əməkdaşları və “Millers Oils Azerbaijan” MMC-nin direktoru, tex.ü.f.d. Sənan Abdullayev iştirak ediblər.
Görüşdə rezident müəssisənin məhsullarının satışının təşkili ilə bağlı müzakirələr aparılıb, müvafiq təkliflər irəli sürülüb. Bundan əlavə, istehsal olunan malların ölkə daxili bazarda satışı, təbliğ edilməsi və satış şəbəkələri vasitəsilə yayılmasına dəstək nəzərdə tutulub və bu istiqamətdə görüləcək tədbirlər razılaşdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.