Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” kitabı çap olunub
09.09.2019 09:14
  • A-
  • A
  • A+

“Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” kitabı çap olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Əliyevanın və Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımovanın birgə tərtibçiliyi ilə “Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” biblioqrafik göstərici kitabı nəşr olunub.

Kitabda 1906-1920-ci illərdə nəşr olunan 13 satirik jurnalın səhifələrindəki gizli imzalar qeydə alınıb, onların işlənmə mənbələri göstərilib.

Yeni nəşr naməlum və gizli imzalarla çıxış edən Azərbaycan müəlliflərinin ədəbi irsinin müəyyən edilməsi və toplanılması istiqamətində tədqiqatçıların istinad edəcəkləri mənbə kimi yararlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: