www.science.az
13.06.2014 00:00

AMEA Neft-Kimya Prosesləri İnstitutunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

AMEA Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 15 İyun -Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müzbir üzvü Vaqif Abbasov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən və ulu öndərin hakimiyyəti illərində əldə olunmuş nailiyyətlərdən söz açıb. Alim bildirib ki, 15 iyun Azərbaycan xalqı üçün şərəfli tarixin bayram günüdür.

Daha sonra çıxış edən tədbirin xüsusi qonağı, millət vəkili Aqil Abbas Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söz açaraq, bu günün Azərbaycan xalqı üçün çox önəmli bir gün olduğunu qeyd edib.

Sonda institut əməkdaşları çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu və yaradıcısı оlduğu müstəqil Azərbaycan dövlətinin müxtəlif sahələrdə qazandığı nailiyyətlərə ətraflı nəzər salıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.