www.science.az
05.09.2019 09:27

Bolqarıstanlı alimlər Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olublar

AMEA və Bolqarıstan Elmlər Akademiyası (BEA) arasında imzalanmış elmi əməkdaşlıq sazişi çərçivəsində qalib gəlmiş layihə üzrə BEA ümumi yığıncağının sədri, akademik Yevgeni Budevski adına Elektrokimya və Energetik Sistemlər İnstitutunun direktoru, professor Evelina Slavçeva və institutun elmi işçisi Elitsa Petkuçeva AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olublar.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyevlə görüşdə gələcək birgə elmi fəaliyyət barədə fikir mübadiləsi aparılıb, görüləcək işlər müzakirə edilib.

Sonra bolqarıstanlı qonaqlar institutun laboratoriyaları ilə tanış olublar.

Səfər müddətində layihə ilə bağlı elmi seminarın keçirilməsi, alınmış nəticələrin müzakirəsi və gələcək birgə iş planının dəqiqləşdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.