www.science.az
04.09.2019 11:22

Omanlı və amerikalı alimlər Əlyazmalar İnstitutunda olublar

Omanın Sultan Qabus Universitetinin Ədəbiyyat və humanitar fənlər fakültəsinin Ərəb dili və ədəbiyyatı bölməsinin müəllimi Ehsan Sadiq Məhəmməd Əlləvati və amerikalı professor Bernard Parker AMEA-nın Əlyazmalar İnstitutunda olublar.

Qonaqlar əvvəlcə bu elmi müəssisənin Əlyazmaların bərpası və gigiyenası laboratoriyası və Ekspozisiya zalı ilə tanış olublar.

Əlyazmalar xəzinəsindəki ərəbdilli əlyazmalarla daha çox maraqlanan omanlı alimə mövzu haqqında ətraflı məlumat verilib. Bernard Parker institutda saxlanılan ingilis dilində olan materiallarla maraqlanıb.

Hər iki qonaq Əlyazmalar İnstitutunun zənginliyinə öz heyranlıqlarını bildirərək, xatirə kitabına ürək sözlərini yazıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.