Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

04.09.2019 11:27
  • A-
  • A
  • A+

AMEA ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-nin və AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda olublar.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov qonaqlara rəhbərlik etdiyi müəssisənin yaranma tarixi barədə məlumat verib. Bildirib ki, 1926-cı ildə fəaliyyətə başlayan institut 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir.  Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı "Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında" Sərəncamına əsasən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. 

Görüşdə “AMEA Elm və Texnologiya Parkı” MMC-nin direktoru Cavid Şahmuradov pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik xidmətlər barədə ətraflı məlumat verib. Eyni zamanda,  AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı Cavid Sadıqov “Ağıllı kənd təsərrüfatı” xidmətləri və onların tətbiqindən bəhs edib.

Sonda üç qurum arasında qarşılıqlı əməkdaşlıq perspektivləri və birgə layihələr barədə müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: