www.science.az
01.01.1970 04:00

Hüquq və İnsan Haqları İnstitutunun yeni kitabı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun yeni kitabı nəşr olunub.

“İştirakçılıqla törədilən qəsdən adam öldürmə cinayətlərinə görə məsuliyyət: nəzəriyyə və təcrübə” kitabının müəllifi hüquq elmləri doktoru Nazim Əliyevdir.

Müəllif kitabda iştirakçılıqla törədilən qəsdən adam öldürmə cinayətlərinə görə məsuliyyət məsələlərinin həlli sahəsində mövcud elmi-nəzəri biliyi dərinləşdirir, bu sahədə hüquq düşüncəsini irəliyə doğru aparır. Monoqrafiyadan hüquqşünaslıq ixtisası üzrə ali təhsil verən tədris müəssisələrində cinayət hüququ kursu üzrə mühazirələrin, seminar məşğələlərin aparılmasında, dərs vəsaitləri, dərslik, tədris proqramları və elmi-tədqiqat işlərinin hazırlanmasında istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.