Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA və Rusiya Təbiət Elmləri Akademiyası arasında müqavilə imzalanıb
13.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA və Rusiya Təbiət Elmləri Akademiyası arasında müqavilə imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində razılıq əldə olunub. Bu məqsədlə AMEA prezidenti, akademik Akif Əlizadə və RTEA-nın prezidenti, akademik Oleq Kuznetsov əməkdaşlıq perspektivlərinə dair müqavilə imzalayıblar.

Müqavilədə iki ölkə arasında təbiət və humanitar elmlər üzrə birgə tədqiqatlar, kadr hazırlığı sahəsində müşətərək işlər, həmçinin birgə konfrans, seminar və s. təşkili, məlumat və elmi texnologiya sahəsində mübadilə məsələləri yer alır.

Görüşdə neft-qaz texnologiyalarında innovasiyaların tətbiqi istiqamətində müzakirələr aparılıb. Bildirilib ki, cari ilin payızında Bakıda bu mövzuya dair seminarın keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycanın 20-yə yaxın elm xadimi, o cümlədən akademiklər – Akif Əlizadə, Arif Paşayev, İbrahim Quliyev, Akif Hacıyev, Əhliman Əmiraslanov RTEA-nın xarici üzvləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: