Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Beynəlxalq Astronomiya İttifaqının 100 illiyi münasibətilə növbəti qlobal layihəyə start verilib
28.08.2019 10:31
  • A-
  • A
  • A+

Beynəlxalq Astronomiya İttifaqının 100 illiyi münasibətilə növbəti qlobal layihəyə start verilib

Bu il Beynəlxalq Astronomiya İttifaqı (BAİ) özünün 100 illiyini və ötən dövr ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri bayram edir. İl ərzində keçirilən bayram tədbirlərində əsas diqqət astronomiyanın təhsildə, inkişafda və diplomatiyada mühüm vasitə olduğuna yönəldilib.

Yubiley tədbirlərindən biri də “BAİ100 ekzoplanetləri adlandır” qlobal layihəsidir. Layihəyə əsasən iştirakçı ölkələr onlar üçün təyin edilmiş bir ekzoplanetə və onun əsas ulduzuna ad verə biləcəklər. Layihəyə qoşulan 100-ə yaxın ölkə arasında Azərbaycan da yer alır.

Qeyd edək ki, ekzoplanetlərin və ulduzların adlandırılmasına imkan verən ilk layihə 2015-ci ildə həyata keçirilib və nəticədə 19 ekzoplanetə ad verilib. Azərbaycan üçün “Ophiuchus” bürcündə yerləşən HD 152581 ulduzu və onun ətrafında hərəkət edən HD 152581b ekzoplaneti ayrılıb. 

"BAİ100 ekzoplanetləri adlandır" layihəsinin yekun nəticələri İdarə Heyətinin qiymətləndirməsindən sonra 2019-cu ilin dekabr ayında elan ediləcək. 

Layihə haqqında daha ətraflı məlumatla aşağıdakı linkdə tanış olmaq mümkündür.

http://iau.shao.az/nameexoworlds/

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: