www.science.az
23.08.2019 12:58

Azərbaycanda təbii fəlakətlər iqtisadi-coğrafi istiqamətdə tədqiq olunur

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun mütəxəssisləri ölkədə baş verən təbii fəlakətləri iqtisadi-coğrafi istiqamətdə tədqiq edirlər.

Belə ki, respublika ərazisində təbii fəlakətlər, onların nəzəri və metodoloji əsasları, başvermə səbəbləri, vurulan ziyanlar və qarşısının alınma tədbirləri araşdırılıb. Həmçinin təbii fəlakətlərin sənaye, kənd təsərrüfatı, turizm və nəqliyyat-kommunikasiya sisteminə təsiri öyrənilib, irimiqyaslı xəritələr işlənilib.

Elmi araşdırmalar davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.