Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Yüksək Texnologiyalar Parkına infotur təşkil edilib
21.08.2019 09:29
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkına infotur təşkil edilib

SOCAR‐ın Ekologiya idarəsinin rəis müavini, professor Əflatun Həsənovun rəhbərliyi ilə nümayəndə heyətinin AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) infoturu təşkil edilib. İnfoturun məqsədi YT Parkda istehsal olunan məhsullarla yaxından tanışlıqdır.

Nümayəndə heyəti AMEA-nın təşəbbüsü ilə qurulan, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş neft və neft-kimya məhsullarının sınaqlarını yüksək səviyyədə həyata keçirən Akademiya Laboratoriyasına baş çəkib.

Sonra qonaqlar “AMEA Təcrübə-Sənaye Zavodu” MMC və “Millers Oils Azerbaijan” MMC-nin hazır məhsulları və onların istehsal prosesi ilə tanış olublar.

İnfotur iştirakçıları müşahidələrinin müsbət olduğunu qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: